Elektromobillərin salonuna su sızsa, bunu mütləq etməlisiniz – MÜTƏXƏSSİS - VİDEO

Müasir avtomobillərdə salon hissəsinə suyun daxil olması ciddi texniki problemlərə səbəb ola bilər və bu halda operativ tədbir görülməsi vacibdir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Avto FM”in efirində avtomobillər üzrə mütəxəssis Samir Bəykişiyev danışıb. Onun sözlərinə görə, əgər su avtomobilin salonuna daxil olubsa, mütləq şəkildə salon sökülərək tam qurudulmalıdır.
Ekspert qeyd edib ki, müasir avtomobillərin salon hissəsi faktiki olaraq bir növ elektron sistemlərlə zəngin “blok” rolunu oynayır. Bu səbəbdən suyun təsiri dərhal özünü göstərməyə də bilər. Lakin müəyyən müddətdən sonra, bir neçə saat, gün və ya daha uzun müddət ciddi nasazlıqlar qaçılmaz olur.
Samir Bəykişiyev bildirib ki, ilkin mərhələdə problem hiss olunmasa da zaman keçdikcə avtomobilin müxtəlif sistemlərində nasazlıqlar yaranır, hətta nəqliyyat vasitəsi hərəkət zamanı qəfil sönə bilər. Onun sözlərinə görə, təkcə açıq şəkildə suyun olması deyil, hətta salonda rütubətin qalması belə gələcəkdə problemlərə yol açır. Bu cür hallarda sadəcə səthi qurutma kifayət etmir. Salon tam şəkildə sökülməli, elektrik və elektron komponentlər yoxlanılmalı və nəmlik tam aradan qaldırılmalıdır.
Ekspert sürücülərə tövsiyə edir ki, avtomobilə su daxil olduğu hallarda vaxt itirmədən peşəkar ustalara müraciət etsinlər. Onun sözlərinə görə, vaxtında görülən tədbirlər daha böyük xərclərin və təhlükəli nasazlıqların qarşısını ala bilər.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












