Ən yaxşı sürücünün hanı keyfiyyətləri olmalıdır? – Aqil Rəhimov AÇIQLADI - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülər üçün vacib keyfiyyətlərdən danışıb. O bildirib ki, yol hərəkəti qaydalarını bilmək əsas şərt olsa da təhlükəsiz idarəetmədə bundan sonra ən önəmli amil qabaqlayıcı düşüncə və hadisələri öncədən hissetmə bacarığıdır.
Avtosfer.az xəbər verir ki, Aqil Rəhimovun sözlərinə görə, bir çox hallarda sürücülər yaxşı reaksiya qabiliyyətinə malik olsalar da, onları digərlərindən fərqləndirən əsas xüsusiyyət təhlükəni əvvəlcədən sezməkdir.
“Elə sürücülər var ki, texniki baxımdan yaxşı idarə edir, reaksiyası güclüdür. Hadisə baş verəndən sonra sükanı düzgün çevirə, manevr edə bilir. Amma ən yaxşı sürücü o deyil. Ən yaxşı sürücü təhlükəni baş verməmişdən əvvəl hiss edən sürücüdür”, – deyə o vurğulayıb.
Məşqçi qeyd edib ki, yalnız reaksiya gücünə arxalanmaq bəzən kifayət etmir. Çünki bəzi vəziyyətlərdə hadisə o qədər sürətli inkişaf edir ki, reaksiya verməyə zaman qalmır. Halbuki qabaqlayıcı düşüncə və intuisiya sürücünü həmin təhlükəli situasiyaya ümumiyyətlə salmır.
Aqil Rəhimovun sözlərinə görə, ideal sürücü həm güclü reaksiya qabiliyyətinə, həm də yüksək müşahidə və hiss etmə bacarığına malik olmalıdır: “Ən yaxşı sürücü ani vəziyyətdən çıxan yox, ümumiyyətlə, ani vəziyyətə düşməyən sürücüdür.”
Ekspert əlavə edib ki, bu bacarıq yalnız sükan arxasında deyil, gündəlik həyatda da insan üçün önəmlidir. Lakin yol hərəkətində bu xüsusiyyət qəzalardan yayınmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












