Qışda avtomobili bu ərazilərdə park etmək təhlükəlidir – Sürücülərə TÖVSİYƏ

Qış aylarında dondurucu temperatur və intensiv qar yağışı sürücülər üçün yalnız yol hərəkətində deyil, avtomobili park edərkən də ciddi risklər yaradır.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, düzgün seçilməyən park yeri avtomobilə minlərlə manatlıq ziyan vura bilər.
Ən təhlükəli məkanlardan biri bina talvarları və dam altlarıdır. Bu ərazilərdə toplanan qar və buz kütlələri hava bir qədər isindikdə qəfil qoparaq avtomobilin üzərinə düşə, tavanın əyilməsinə, alın şüşəsi çatlamasına və banın ciddi zədələnməsinə səbəb ola bilər.
Qışda ağac altlarında park etmək də risklidir. Qarın ağırlığına tab gətirməyən qurumuş budaqların qırılaraq avtomobilin üzərinə düşməsi, xüsusilə şüşə və kuzov üçün təhlükə yaradır. Bundan əlavə, donmuş budaqların küləklə şüşəyə dəyməsi xırda çatların böyüməsinə gətirib çıxara bilər.
Su yığılan çökəkliklərdə park edilən avtomobillər isə gecə temperaturunun düşməsi ilə daha ciddi problemlərlə üzləşə bilər. Donan su təkərlərin yerə yapışmasına, əyləc diskləri və mexanizmlərin buz bağlamasına səbəb olur ki, bu da səhər avtomobili hərəkətə gətirərkən texniki nasazlıqlara yol aça bilər.
Bundan başqa, qar təmizləmə texnikasının hərəkət etdiyi küçə və prospektlərin kənarında park olunan avtomobillər uçan buz parçalarından zədələnə, yol kənarında yığılan duzlu qar isə avtomobilin alt hissəsində sürətli korroziyaya səbəb ola bilər.
Mütəxəssislər sürücülərə qış mövsümündə park yerini seçərkən xüsusilə diqqətli olmağı, mümkün qədər açıq, təhlükəsiz və risk faktorlarından uzaq ərazilərə üstünlük verməyi tövsiyə edirlər.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












