Sükan arxasında canlıya çıxmaq, video çəkmək qəzalara səbəb ola bilər – AQİL RƏHİMOVDAN AÇIQLAMA - FOTO

Sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında izləyici qazanmaq və trendə düşmək istəyənlər son zamanlar sükan arxasında video çəkərək bunu əyləncə kimi paylaşırlar. Bu hallar isə yalnız fərdi məsuliyyətsizlik deyil, ümumi yol hərəkəti təhlükəsizliyi üçün ciddi təhdid hesab olunur. Avtomobili idarə edərkən diqqətin telefona yönəlməsi, saniyələr içində qəza ilə nəticələnə bilər. Əyləncəli görünsə də bu cür davranışlar həm sürücünün, həm də ətrafdakılar üçün təhlükə yaradır.
Bəzi hallarda bu davranışlar qanunla da cəzalandırılır, lakin cərimələrin olması belə bəzi sürücüləri bu tendensiyadan çəkindirmir. Ekspertlər bildirirlər ki, yol hərəkəti zamanı diqqətin yayılması qəzaların əsas səbəblərindən biridir və bu cür videoların təbliği təhlükəli vərdişlərin yayılmasına səbəb olur.
Bəs “TikTok trendləri” yol təhlükəsizliyini necə təhdid edir? Sükan arxasında videoya çəkilmək niyə bu qədər risklidir?
Mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, sükan arxasında sürücünün telefondan istifadə etməsi qadağandır:

“İnzibati Xətalar Məcəlləsində də buna görə 50 manat cərimə nəzərdə tutulub. Bu, çox təhlükəlidir. Çünki diqqət yayınır və sürücü qəzaya düşə bilər. Son vaxtlar sosial şəbəkələrdə, o cümlədən “TikTok”da yollardan çoxlu çəkilişlər edirlər. Əgər telefon xüsusi qurğu ilə bərkidilibsə, problem yoxdur. Yox, əgər sürücü telefonu əlində saxlayaraq çəkiliş edirsə, bu qayda pozuntusudur və həm də təhlükəlidir.

Bundan başqa, bəzi təlim müəllimləri işlərini reklam etmək üçün, öz sahələrini tanıtmaq məqsədilə sükan arxasında tələbə ilə birlikdə video çəkirlər. Ümumiyyətlə, təlim müəllimləri avtomobilin sürücüsü hesab olunurlar. Sürücüyə isə əlində telefon ola-ola avtomobil idarə etmək qadağandır. Belə müəllimlər də 50 manat cərimələnə bilərlər. Tələbə ilə sükan arxasında ola-ola video çəkmək isə həddindən artıq təhlükəlidir”.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












