Sükan arxasında musiqi: kömək, yoxsa təhlükə? - FOTO

Müasir sürücülərin musiqisiz hərəkət etməsini təsəvvür etmək çətindir. Xarici statistika sürücülərin 80 faizdən çoxunun hərəkət zamanı musiq dinlədiyini göstərir. Bəs bu vərdiş nə dərəcədə doğrudur?
Avtosfer.az xəbər verir ki, musiqi emosional fon yaradaraq stresi müəyyən qədər azaldır. Bu da əsasən tıxac zamanı faydalıdır. Bununla belə, “The Conversation” nəşrinin ekspertləri musiqinin rolunun birmənalı olaraq müsbət qiymətləndirilməsinin əleyhinədirlər.
Təhlillər göstərir ki, musiqi müsbət emosional fon yaratmaqla bərabər, sürücünün idarəetmə keyfiyyətinə mənfi təsir edə bilər. Musiqiyə aludə olan sürücülər çox vaxt sürət rejiminə nəzarəti yaddan çıxarır, ara məsafəsinə diqqət yetirmirlər.
Musiqiyə qulaq asan sürücünün qəza törətmək riski asmayanlara nisbətdə yüksək olur.
Bundan başqa, musiqi sürücünün koqnitiv (zehni) yükünü artırır, sinir sisteminin uzun müddət oyaq qalmasına səbəb olur. Belə vəziyyət çox davam edərsə, sürücü yoldan daha çox musiqiyə diqqət yetirir və qəza ehtimalı artır.
Musiqi səsinin yüksəkliyi də vacib amildir. Yüksək səslə və aqressiv musiqi dinləyənlər daha aqressiv maşın sürürlər. Aşağı səslə dinləyənlər isə daha yavaş idarəetməyə meyillidirlər.
Vüqar Yaşaroğlu

“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












