Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO

Xətai prospektində, Təhsil Nazirliyinin qarşısında yol hərəkətinin təşkilində edilən dəyişikliklə bağlı müzakirələr aparılır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov bildirib ki, sözügedən ərazidə dəyişikliklər həyata keçirilərkən kəsişmənin effektiv işləməyəcəyi ilə bağlı müəyyən narahatlıqlar var idi.
Ekspertin sözlərinə görə, həmin ərazidə küçələrin hərəkət istiqamətləri dəyişdirilərək kəsişmənin iki fazalı fəaliyyət göstərməsi təmin edilib. Eyni zamanda, həmin istiqamətdən gələn avtomobillərin hərəkəti Mirzə Qədim İrəvani küçəsi üzərindən təşkil olunub.
“Görünən odur ki, hazırda hər şey qaydasında işləyir. Kəsişmədə hərəkətin təşkili əvvəlki narahatlıqları doğrultmayıb və sistem normal fəaliyyət göstərir”, – deyə Rüfət Əmiraslanov qeyd edib.
Ekspert bununla yanaşı, ərazidə hərəkətin daha da rahatlaşdırılması üçün təklifini də səsləndirib. O bildirib ki, hazırda Mirzə Qədim İrəvani küçəsindən gələn avtomobillər üçün iki hərəkət zolağı mövcuddur.
“Sadəcə təklif kimi qeyd etmək olar ki, həmin küçədə iki zolağı üç zolağa çatdırmaq mümkün olsa, daha yaxşı olar. Bu, xüsusilə hərəkət intensivliyinin artdığı vaxtlarda nəqliyyat axınının daha rahat keçirilməsinə kömək edə bilər”, – deyə ekspert əlavə edib.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












