"Galenvagen" sürücüsü telefonla danışa-danışa səkidə parklanma etdi - 90-AZ-094 - VİDEO

Avtosfer TV 8 İyun 2026 12:30
"Galenvagen" sürücüsü telefonla danışa-danışa səkidə parklanma etdi - 90-AZ-094 - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Abay Kunanbayev küçəsində yol hərəkəti qaydalarını pozan sürücü avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 5-də saat 20:01 radələrində qeydə alınıb. Belə ki, 90-AZ-094 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən mobil telefondan istifadə edib.

Kadrlardan görünür ki, sürücünün diqqəti telefona yönəldiyi üçün o, bir müddət hərəkət zolağında dayanaraq arxadan gələn nəqliyyat vasitələrinin hərəkətini ləngidib. Daha sonra sürücü manevr edərək avtomobili geriyə hərəkət etdirərək piyadaların istifadəsi üçün nəzərdə tutulmuş səkidə park edib.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna əsasən, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə etmək, eləcə də avtomobili piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidə saxlamaq və ya park etmək inzibati məsuliyyət yaradır.

Nərmin

Oxunub : 594
ŞƏRH YAZ
Ad

E-mail

Şərh