Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq?

"Hazırda Xırdalan-Biləcəri dəmir yolu sahəsində körpünün təmiri işləri davam etdirilir. Təmir işləri tam başa çatdıqdan və müəyyən hazırlıq işlərindən sonra ilin sonuna qədər Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək".
Bu barədə Avtosfer.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Məlumatda bildirilir ki, dəmir yollarında sərnişin və yüklərin təhlükəsiz daşınması üçün xətlərin vəziyyəti xüsusi diaqnostika qatarı vasitəsilə mütəmadi olaraq yoxlanılır:
"Yoxlama zamanı aşkar edilən qüsur və çatışmazlıqlar qiymətləndirilir, aradan qaldırılması üçün operativ və planlı tədbirlər görülür. Xırdalan-Biləcəri sahəsində körpünün təmirinə də məhz bu qaydada qərar verilib. Əvvəlki yoxlamalar zamanı körpüdə təcili təmir tələb edən hər hansı qüsur müəyyən edilməyib. Növbəti diaqnostika zamanı isə körpüdə hərəkətin təhlükəsizliyini riskə ata və qatarların interval üzrə hərəkətinə mane ola biləcək qüsurlar aşkarlanıb və dərhal aradan qaldırılması üçün operativ müdaxilə qərarı qəbul edilib.
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO












