Şimali Kiprdə gəmi qəzası ilə bağlı daha bir azərbaycanlı həbs edildi

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne sahillərində baş verən və 28 nəfərin ölümü ilə nəticələnən "Filo Jet" gəmisi qəzası ilə bağlı istintaq davam edir. İstintaq çərçivəsində axtarışda olan gəminin keçmiş işçisi, Azərbaycan vətəndaşı S.S. Qazimağusa limanı vasitəsilə ŞKTR-yə keçmək istədiyi zaman saxlanılıb.
Bu barədə Avtosfer.az "Sabah" nəşrinə istinadən məlumat verir.
Bildirilir ki, gəminin batmasına səbəb olduğu düşünülən çatı ilk olaraq iyunun 12-də da o görüb və şəklini çəkərək gəminin ikinci kapitanı Merve Nur Seraslana göndərib.
Həmçinin S.S.-in iyul ayında "Filo Jet"dəki vəzifəsindən getdiyi də məlum olub.
Şübhəli bu gün Girne Rayon Məhkəməsi qarşısına çıxarılıb və istintaq çərçivəsində bir gün müddətinə həbsdə qalmasına qərar verilib.
Onun mobil telefonu yoxlanılacaq və gəmidəki çatla bağlı göndərdiyi foto və mesajlar araşdırılacaq.
Qeyd edək ki, Girnə və Türkiyənin Mersin vilayətinin Tasucu limanı arasında hərəkət edən "Filo Jet" adlı sürətli sərnişin gəmisi avqustun 30-da yola düşdükdən qısa müddət sonra batıb. Batan gəmidə Azərbaycan vətəndaşları da olublar. Faktla bağlı başladılan istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib.
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO











