Sürücülüyü naşı təlimçidən öyrənəndə belə olur - VİDEO

2 gün əvvəl Avtosfer.az saytında yayılmış “Qaydalardan xəbərsiz qadın sürücü baş yoldakı avtomobilə çətin anlar yaşatdı” başlıqlı xəbər çoxlarının marağına səbəb olub. Sosial şəbəkədə də bu xəbər çox sayda paylaşılıb və müxtəlif şərhlər yazılıb. Etik çərçivədən kənara çıxmayan bütün şərhlərə hörmətlə yanaşaraq mən də məsələyə münasibət bildirmək istərdim. Təbii ki, mövqeyim digərlərindən fərqlənir. Səbəb özümün də bir müddət əvvəl belə bir situasiyaya düşməyimdir.
Bir neçə ay əvvəl bir xanım həmkarımın avtomobili ilə gedərkən, onun da bu videodakı kimi davrandığını şahidi oldum. Doğrudur, qəzasız ötüşsək də, xanım həmkarıma mədəni şəkildə irad bildirdim. Onun cavabını isə olduğu kimi yazıram: “məni öyrədən müəllim deyib ki, burnunu bir qədər çıxar, yol verəcəklər”. Yəni, dəliyəm, güclüyəm prinsipi.
Böyük pedaqoq Makarenko deyirdi: “müəllim üçün qaranlıq olan şagird üçün zülmətdir”. Qayda-qanunu özü bilmədiyi üçün əməl etməyən təlimçi başqasını necə öyrədə bilər?
Burada ənənə faktoru da sözünü deyir. Şimali Qafqazda və Gürcüstanda bu cür “burun çıxarma” normadır. Hətta, Azərbaycandan daha aqressiv şəkildədir. Gürcüstanda və ya Dağıstanda magistral yolda qarşına qəflətən kənd yolundan maşın çıxa bilər. yüksək sürətdə qəzadan yayınmaq isə hər sürücünün işi deyil.
Vüqar
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












