Bakıda beton mikseri hərəkəti iflic etdi: 4000 manat cərimə olunmalıdır - VİDEO
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sıxlığa səbəb olan tikinti işləri ilə bağlı açıqlama yayıb.
Avtosfer.az xəbər verir ki, açıqlamada deyilir:
“Bakı küçələrini qeyri-pik saatlarda belə keçilməz edən səbəblərdən biri də aidiyyəti qurumlar ilə razılaşdırılmadan, heç bir qabaqlayıcı tədbir görülmədən aparılan tikinti işləridir.
Bir az əvvəl Nərimanov rayonu Əhməd bəy Ağaoğlu küçəsində aparılan tikinti işləri kimi. Yolun ortasında dayanan beton mikser avtomobili Ə.Ağaoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun hərəkət hissəsini tam zəbt edib.
Tikinti şirkətinin məsuliyyətsizliyi nəticəsində avtomobillər qoşa xəttin tələbini pozmağa məcbur qalır ki, bu da sonda hərəkətin kilitlənməsinə, yol nəqliyyat hadisələrinin baş vermə ehtimalının artmasına, sürücülərin lüzumsuz cərimələnməsinə səbəb olur”.
Hüquqşünas Ərşad Hüseynov məsələyə münasibət bildirərək qeyd edib ki, “Yol hərəkəti haqqında” Qanunun 11-ci maddəsinə əsasən, yolda belə işlər yalnız DYP-nin razılığı ilə edilə bilər. Əgər rəsmi razılıq yoxdursa, bunu edənlər barəsində İXM-in 354.0.4-cü maddəsində ciddi sanksiya nəzərdə tutulur: bu işi fərdi sahibkar edirsə, 400-500 manat cərimə, şirkət (hüquqi şəxs) edirsə, 3000-4000 manat cərimə. "Özü də məsuliyyətə cəlb etmə səlahiyyəti həm BNA-ya, həm də DYP-yə aiddir.
Deyilənə görə dünənki faktı BNA ictimailəşdirib. Xəbərdə vurğulanır ki, işlər özbaşına görülür. BNA bu faktı aşkar edibsə, artıq inzibati məsuliyyətə cəlb etmə ilə bağlı rəsmiləşdirilmə də edilməli idi.
KİV-də çalışanlardan xahiş edirəm, bunu nəzarətdə saxlayın, görək həmin iş üzrə materiallar məhkəməyə gedib çıxacaqmı (şirkət barədə işə məhkəmə baxa bilər), real sanksiya olacaqmı? Bu tipli problem şəhərdə çoxdur, bir cəzalanan olmalıdır ki, bəlkə nəticə çıxaralar."
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












