Abşeronda sərnişin avtobusu işıq dirəyinə çırpıldı

Bu gün Abşeron rayonun Saray qəsəbəsi yaxınlığından keçən hissəsində sərnişin avtobusu işıq dirəyinə çırpılıb.
Hadisə Bakı-Sumqayıt magistralını Novxanı qəsəbəsi ilə birləşdirən yolda baş verib.
İlkin məlumata görə, qəza nəticəsində ölən olmayıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub:
“Hadisə səhər saat 08:00-da qeydə alınıb. “Isuzu” markalı 01-AB-150 dövlət nömrə nişanlı avtobus yol kənarındakı işıq dirəyinə çırpılıb. Sürücü sərxoşluq müayinəsindən keçirilib və nəticə təmiz çıxıb. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
Nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb. Toplanan materiallar aidiyyəti üzrə sığorta şirkətinə göndərilib, dəymiş zərər hesablanır. Faktla bağlı araşdırma aparılır”.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












