Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA

Gəncə şəhərində baş verən avtoqəzada xəsarət alan şəxsin vəziyyəti məlum olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1991-cı il təvəllüdlü şəxs (kişi) noyabrın 19-da saat 17:40-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. "Göz qapağı və göz nahiyəsinin əzilməsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, zərərçəkən İ.Əliyev Milli Qəhrəman İlham Müzəffər oğlu Əliyevin oğludur.
***
Gəncədə Milli Qəhrəmanın oğlu avtomobil qəzasına düşüb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü, 1991-ci il təvəllüdlü İ.Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, zərərçəkən Milli Qəhrəman İlham Müzəffər oğlu Əliyevin oğludur. O, 1990-cı ildə Qazax rayonunda gedən döyüşlərdə şəhid olub.
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO
Beyləqanda maşın su arxına aşdı - Sürücü öldü












