Banner

“AzInTelecom”la “Presight” əməkdaşlıq edəcək - FOTOLAR

Xəbərlər 23 Noyabr 2026 09:53
“AzInTelecom”la “Presight” əməkdaşlıq edəcək - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

Azərbaycanın aparıcı texnologiya şirkətlərindən olan “AzInTelecom” ilə süni intellekt və məlumat analitikası sahəsində qlobal liderlərdən biri, G42 şirkətlər qrupuna daxil olan “Presight” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Avtosfer.az xəbər verir ki, memorandum çərçivəsində “Presight” özünün geniş biznes kanalları vasitəsilə “SİMA İmza”nın müxtəlif ölkələrdə tətbiqi istiqamətində “AzInTelecom” ilə sıx əməkdaşlıq etməyi planlaşdırır.

Bu əməkdaşlıq Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış rəqəmsal imza həlli olan SİMA-nın qlobal bazarlara çıxışının dəstəklənməsi, eyni zamanda Azərbaycanın rəqəmsal həllərinin beynəlxalq səviyyədə tanınmasına töhfə verilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Əməkdaşlıq çemorandumu SİMA-nın biometrik həllərinin, inteqrasiya imkanlarının və istifadəçi təcrübəsinin yalnız Azərbaycanda deyil, beynəlxalq səviyyədə də maraq doğurduğunu nümayiş etdirir.

“AzInTelecom” gələcəkdə də xarici tərəfdaşlıqlarını artırmağı planlaşdırır və bununla da Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəfinə töhfə verir.

“AzInTelecom” haqqında

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” bulud həlləri, rəqəmsal identifikasiya və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış texnologiya şirkətidir. 2015-ci ildən fəaliyyət göstərən şirkət “Hökumət buludu” və SİMA rəqəmsal imza kimi ölkəmiqyaslı layihələrin provayderidir. “AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya, təhlükəsizlik və operativlik sahəsində müasir texnoloji həllər təqdim edir.

 

 

Oxunub : 60
ŞƏRH YAZ
Ad

E-mail

Şərh