Banner

Xaçmazda ağır qəza: Bir ailənin altı üzvü xəsarət aldı - FOTO

Qəzalar 22 Noyabr 2026 23:44
Xaçmazda ağır qəza: Bir ailənin altı üzvü xəsarət aldı  - FOTO
WhatsApp kanalımıza abunə olun

Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, qəza Xaçmaz-Quba avtomobil yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, QAZ-3110 markalı minik avtomobili ilə və VAZ-21099 markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində VAZ-da olan sürücü və altı sərnişin yaralanıb. Xəsarət alanların Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri olan bir ailənin üzvləri - ata, ana və onların dörd qız övladı olduğu bildirilir. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Oxunub : 48
ŞƏRH YAZ
Ad

E-mail

Şərh