Banner

Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO

Qəzalar 20 Noyabr 2026 16:15
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var    - VİDEO
WhatsApp kanalımıza abunə olun

Saray körpüsündə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 20-də günorta saatlarında qeydə alınıb.

Belə ki, 88-DF-844 dövlət nömrə nişanlı “Changan”, 99-TC-536 dövlət nömrə nişanlı “Honda” və “Chevrolet” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər üç avtomobilə maddi ziyan dəyib. Sürücülər arasında xəsarət alanların olduğu bildirilir.

Qəza səbəbindən körpüdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

bax.tvhttps://bax.tv/embed/229043.html

 

 

Oxunub : 256
ŞƏRH YAZ
Ad

E-mail

Şərh