Torpaq alıb ev tikənlərin NƏZƏRİNƏ – Bu sənəd...

Son günlər torpaq sahələrində aparılan tikinti işləri ilə bağlı mübahisələr gündəmə gəlib. Belə ki, bəzi ərazilərdə tikinti aparan sahibkarlarla sakinlər arasında narazılıqlar yaranır. Sakinlər tikintinin qanuniliyini dəqiqləşdirmək üçün sahibkarlardan müvafiq sənədləri tələb edirlər.
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan əmlak eksperti Fərid Cəfərli deyib ki, bu proses üçün ilk növbədə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd olmalıdır:
“Lakin torpaq sahəsinin mülkiyyətçisi olmaq həmin ərazidə avtomatik olaraq tikinti aparmaq hüququ vermir. Tikintinin qanuniliyini təmin etmək üçün ilk növbədə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin olması vacibdir. Bu sənəd torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarış və ya qanunvericiliklə tanınan digər müvafiq sənəd ola bilər. Torpaq sahəsinin təyinatı – ərazinin məqsədli təyinatı planlaşdırılan tikinti növünə uyğun olmalıdır. Şəhərsalma və tikinti şərtlərinə uyğunluq – tikinti ərazinin baş planına, müfəssəl plana və qüvvədə olan şəhərsalma normalarına zidd olmamalıdır. Memarlıq-planlaşdırma və layihə sənədləri – tikilinin texniki, konstruktiv və memarlıq göstəricilərini əks etdirməlidir”.
Ekspert bildirib ki, tikintiyə icazə tikilinin növündən, təyinatından və qanunvericilikdə müəyyən edilmiş parametrlərdən asılı olaraq müvafiq prosedur həyata keçirilməlidir:
“Müvafiq texniki şərtlər və razılaşdırmalar, zəruri hallarda kommunal infrastruktur, mühəndis-kommunikasiya xətləri və digər aidiyyəti məsələlər üzrə təmin edilməlidir. Əsas məqam ondan ibarətdir ki, tikintinin hüquqi əsasını yalnız torpaq sənədi deyil, torpağın təyinatı, şəhərsalma tələbləri, təsdiq edilmiş layihə və müvafiq icazə prosedurlarının məcmusu təşkil edir.
Peşəkar yanaşma baxımından tikintiyə başlamazdan əvvəl sənədlərin hüquqi ekspertizadan keçirilməsi gələcəkdə özbaşına tikinti, inzibati məsuliyyət, tikilinin qeydiyyata alınmaması və mülkiyyət hüququ ilə bağlı mübahisələrin qarşısını almaq üçün mühüm əhəmiyyət daşıyır”.
İşləyən pensiyaçılarla bağlı yeni təklif... - Nəyə ehtiyac var?
Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyinə birləşdirilə bilərmi? - RƏY
Müəssisə adları Azərbaycan dilinə necə təsir edir? – MÜTƏXƏSSİS
Virtual Həcc animasiyaları savab sayıla bilər? – Din xadimi AÇIQLADI
Yeni xərçəng dərmanı Azərbaycana gətiriləcəkmi? – AÇIQLAMA
Azərbaycanda bəzi qadınlara 500 manat müavinət veriləcək
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS











