Ağstafada iki avtomobil toqquşdu: Xəsarət alanlar var - YENİLƏNİB

Qəzalar 12 Avqust 2026 10:41
Ağstafada iki avtomobil toqquşdu: Xəsarət alanlar var   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlub olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 12-də saat 02:00-da Ağstafa şəhərinin Vurğun qəsəbəsində baş verib.

Ağstafa rayon Köçəsgər kənd sakini, 2007-ci il təvəllüdlü Elgün Xansuvar oğlu Fərəcəovun idarə etdiyi VAZ-2107 markalı, 90-LF-035 dövlət nömrə nişanlı avtomobillə rayonun Vurğun qəsəbə sakini 1956-cı il təvəllüdlü Əhəd Abbas oğlu Qurbanovun idarə etdiyi "Opel" markalı, 90-XU-081 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə VAZ-2107-nin sürücüsü Elgün Fərəcov və sərnişinləri - 2007-ci il təvəllüdlü Tapdıq Məmmədov və 2007-ci il təvəllüdlü Bakir Həsənov xəsarət alıblar.

Hadisənin səbəbləri araşdırılır.

***10:18

Ağstafada iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Qəza zamanı 2007-ci il təvəllüdlü E.Fərəcov, 2007-ci il təvəllüdlü B.Həsənov və 2007-ci il təvəllüdlü T.Məmmədov müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılara tibbi yardım göstərilib. Hazırda onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 134
ŞƏRH YAZ
Ad

E-mail

Şərh