Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO

Yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında sürücünün diqqətli və qabaqlayıcı davranışı mühüm rol oynayır. Xüsusilə yolun kənarında dayanan piyadalar sürücülər üçün gözlənilməz təhlükə yarada bilər. Belə vəziyyətlərdə sürücünün əvvəlcədən ehtiyat tədbiri görməsi qəzanın qarşısını almağa kömək edə bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov yolun kənarında dayanan piyadaların hərəkətini əvvəlcədən düzgün qiymətləndirməyin vacibliyini vurğulayıb.
Mütəxəssis bildirib ki, sürücülər yolun kənarında dayanan piyadanın qəfil hərəkət edə biləcəyini nəzərə almalıdırlar:
“Dünya dramaturgiyasından biri yazmışdı ki, dram səhnəsində birinci səhnədə divarda tüfəng varsa, üçüncü səhnədə o tüfəng açılmalıdır. Piyada yolun qırağında dayanıbsa, gec-tez yola qaça bilər. Bəs nə edək ki, biz o piyadanı vurmayaq?”
Aqil Rəhimovun sözlərinə görə, belə vəziyyətlərdə sürücü piyadaya yaxınlaşarkən diqqətini artırmalı və ayağını tormoz pedalının üzərində saxlamağa hazır vəziyyətə gətirməlidir.
“Piyadaya çatmamış sürəti bir qədər artırdıqdan sonra avtomobildə ətalət yaranır və tormoz pedalına keçirik. Piyadanın yanından keçərkən ayağımız tormozda olmalıdır ki, son anda piyada qəfil yola çıxarsa, dərhal tormozlama edə bilək. Piyadanı tam keçdikdən sonra isə tormozu buraxırıq”, – deyə mütəxəssis qeyd edib.
Sürücünün bu cür qabaqlayıcı davranması xüsusilə yolun kənarında dayanan, lakin hərəkət istiqaməti bəlli olmayan piyadaların olduğu ərazilərdə qəza riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Mütəxəssis sürücüləri piyadaların hərəkətini əvvəlcədən proqnozlaşdırmağa, sürəti yol şəraitinə uyğun seçməyə və təhlükəli vəziyyət yarandıqda dərhal reaksiya verməyə çağırıb.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












