Aralıq dənizində güclü külək ABŞ-ın qırıcısını dənizə salıb

Qəzalar 10 İyul 2022 22:14
Aralıq dənizində güclü külək ABŞ-ın qırıcısını dənizə salıb
WhatsApp kanalımıza abunə olun

Aralıq dənizində güclü külək “USS Harry S. Truman” aviadaşıyıcısının göyərtəsindəki “F-18 Super Hornet” qırıcısını dənizə salıb.

 

Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

“İyulun 8-də “F-18” qırıcısı Aralıq dənizində gözlənilmədən kəskin hava şəraiti səbəbindən göyərtədən dənizə düşüb”, - Hərbi Dəniz Qüvvələri bildirib.

 

Məlumata görə, insident nəticəsində 1 hərbçi yaralanıb, aviadaşıyıcının özü və onun üzərində yerləşən təyyarə tapşırıqlara hazırlıq vəziyyətindədir. Qurumdan bildirilib ki, hadisənin səbəbi aydınlaşdırılır.

Oxunub : 1372
ŞƏRH YAZ
Ad

E-mail

Şərh