Banner

18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI

Xəbərlər 24 Noyabr 2026 18:07
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
WhatsApp kanalımıza abunə olun

"Sabah" - "Barselona" oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Noyabrın 25-də "Sabah" futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. "Koroğlu" NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.

Oxunub : 132
ŞƏRH YAZ
Ad

E-mail

Şərh