Banner

Azərbaycanda dəhşət: İkinci sinif şagirdi ölü tapıldı

Hadisə 24 Noyabr 2026 23:49
Azərbaycanda dəhşət: İkinci sinif şagirdi ölü tapıldı
WhatsApp kanalımıza abunə olun

Yardımlı rayonunun Gendərə kəndində ikinci sinif şagirdi ölü tapılıb.

Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, kənd sakini, ikinci sinif şagirdi Əli Neymət oğlu Qurbanovun meyiti körpünün altında aşkarlanıb.

İlkin məlumata görə, oğlan günorta saatlarında itkin düşüb. Məktəbdən çıxdıqdan sonra evə qayıtmayan uşağın anası əvvəlcə onun babasıgildə olduğunu düşünüb. Axşam saatlarında isə uşağın babasıgilə getmədiyi məlum olub.

Məlumata görə, Ə.Qurbanov evlərinin yaxınlığında yerləşən körpüdən yıxılaraq çaya düşüb.

O, boğularaq həyatını itirib. Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Bir müddət sonra kənd sakinləri uşağın meyitini tapıblar.

Oxunub : 28
ŞƏRH YAZ
Ad

E-mail

Şərh