Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB

Bu gün səhər saatlarında Abşeron rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.
Oxu.Az-ın məlumatına görə, "Chevrolet" markalı avtomobili idarə edən yetkinlik yaşına çatmayan sürücü 34 yaşlı Fəridə adlı qadını vurub. Məlumata görə, o, 4 yaşlı autizmli övladını bağçaya qoyduqdan sonra evə qayıdırmış.
İki uşaq anası olan Fəridənin digər övladının 13 yaşı var.
Qeyd edək ki, Fəridənin 35 yaşı tamam olmasına üç gün qalıbmış.
***
Bu gün səhər saatlarında Abşeron rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, rayon ərazisində hərəkətdə olan "Chevrolet" markalı avtomobilin sürücüsü 35 yaşlı piyada qadını vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Sürücü isə hadisə yerindən yayınıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı sürücünün yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edilib.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
Maştağada ağır qəza: Sükan arxasından güclə çıxarılan sürücü öldü - VİDEO
Motosiklet “Nissan”la toqquşdu, sürücü xəsarət aldı - VİDEO
“Mercedes” transformatora çırpıldı; arxa hissəsi havaya qalxdı - VİDEO
Şamaxı-Bakı yolunda ağır qəza: Xəsarət alanlar var - VİDEO
Cəlilabadda zəncirvari qəza: Yaralılar var - FOTO
Qaxda AĞIR QƏZA: ÖLƏN VAR - FOTO - VİDEO - YENİLƏNİB
Füzulidə ağır qəza: ÖLƏN VAR
Cəlilabadda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
"Şamaxinka"da qorxunc QƏZA: Avtomobil yararsız hala düşdü - VİDEO
Piyadaya yol verən maşını vurdular; dərhal yanmağa başladı - VİDEO
Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var - FOTO - YENİLƏNİB












