Banner

Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO

Qəzalar 19 Noyabr 2026 12:36
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
WhatsApp kanalımıza abunə olun

 

Ötən gün Qazax rayonunda ikisi azyaşlı olmaqla, dörd nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Qeyd olunub ki, qəzaya səbəb məhkumluq həyatı yaşamış İ.Müsədirovun etibarnaməsiz idarə etdiyi avtomobillə, sutkanın qaranlıq vaxtı, ensiz yolda yüksək sürətlə hərəkət etməsi olub.

Bildirilib ki, sürücü yolun əyilən trayektoriyasında idarəetməni itirərək qarşıdan gələn avtomobilə çırpılıb və özü ilə yanaşı, toqquşduğu avtomobilin sürücüsü S.Dəryahquliyevin, sonuncunun 8 yaşlı qızının və eyni yaşda olan bacısı oğlunun həyatına da son qoyub.

"Statistikaya görə, ölkəmizdə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi ən çox yol verilən qayda pozuntusudur. Cari ilin 10 ayı ərzində sürət həddinin aşılması səbəbindən 346 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 256 nəfər həyatını itirib, 216 nəfər isə yaralanıb.

Sürətin məsafəni yox, ömrü qısaltması davamlı təbliğ olunsa da, təəssüf ki, polisin vizual, yaxud texniki nəzarət tədbirlərindən yayınan bəzi sürücülər dərhal bunu fürsət bilərək qaydaları pozmağa meyl edir, şəxsi və cəmiyyət qarşısındakı məsuliyyət hissini unudurlar.

Yüksək sürətin xoşbəxt sonluq vəd etmədiyini aydın dərk edən sürücü, bu həqiqəti şüurlu olaraq inkar edirsə, bu artıq şəxsin öz həyatına, doğmalarına, eləcə də ictimai münasibətlərə biganəliyidir. Yol isə məsuliyyət tələb edir. Həm şəxsi, həm də ictimai!

Tələblərə yalnız cəza təhdidi altında əməl edənlər isə mütləq yarımçıq qoyduqları arzulara görə cavabdehdirlər", - məlumatda vurğulanıb.

Qeyd edək ki, təqdim olunan görüntülərdə "Opel" markalı avtomobilin spidometrində göstərici 160 km/saatda qalıb.

 

bax.tvhttps://bax.tv/embed/228998.html
Oxunub : 358
ŞƏRH YAZ
Ad

E-mail

Şərh