Banner

Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY

Qəzalar 19 Noyabr 2026 15:11
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
WhatsApp kanalımıza abunə olun

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 838 yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Avtosfer.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azdır. Hadisələr nəticəsində 500 nəfər həyatını itirib, 640 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Statistikaya əsasən, qəzaların 82,9 faizi yaşayış məntəqələrində baş verib. Həlak olanların 76,8 faizinin, yaralananların isə 72,2 faizinin kişi olması da diqqət çəkən məqamlardandır. Qəzaların 41,8 faizi gecə, 40,4 faizi gündüz, 17,8 faizi isə toran vaxtı qeydə alınıb. Bəs yol qəzalarının və ölüm hallarının azaldılması üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli  Avtosfer.az-a açıqlamasında bildirib ki, insanların həlak olması, yaralanması əmək bazarına mənfi təsir göstərir:


"Bu ciddi iqtisadi yükdür. İnsan on illərlə təhsil alır, yetişir, artıq əmək bazarında mütəxəssis kimi daxil olanda qəza nəticəsində əlil olur və yaxud da əmək qabiliyyətini itirir və ölür. Ailəsi, yükü, borcları, yəni təkcə əmək gücü itirilmiş deyil, ona sərf olunmuş bilik, inkişaf və kapital, investisiyaların hamısı məhv olub yoxa çıxır. İllər ərzində insanın təhsil almasına həm vaxt, həm də dövlət vəsaiti sərf olunur. İnsanın vəfat etməsi, təbii ki, həm ailəsi, həm ətrafı, həm işlədiyi kollektiv, həm də iqtisadiyyat üçün böyük itkidir. Həmçinin həmin insana yatırılmış bütün vəsaitlərin itirilməsi prosesi baş verir. Bu nəticələri azaltmaq üçün insanlar həyatlarını sığortalamalıdırlar. Çünki hadisələr qaçılmazdır. İnsanların qəza nəticəsində həyatlarını sığortalamaq üçün əlavə sığorta ödənişi tələb olunur".
Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə isə, indiki yol hərəkəti haqqında qanunla və tənbeh mexanizmi ilə yol nəqliyyat hadisələrinin və ölüm hallarının azalmasına nail olmaq çətindir:


"Statistikada göstərilən rəqəmlər qeydiyyata alınmış hadisələrdir. Əslində bu rəqəmi üçə vursaq real mənzərə yaranar. Qəzaların və ölmələrin qarşısını almağın yolları 2019-2023 illəri əhatə edən dövlət proqramında var. Proqram tam icra olunsa, istədiyimiz nəticəyə nail ola bilərik".

Züleyxa Allahverdiyeva

Oxunub : 46
ŞƏRH YAZ
Ad

E-mail

Şərh