Avtobus yük maşını ilə toqquşdu, 11 nəfər xəsarət aldı

Qəzalar 8 May 2023 00:10
Avtobus yük maşını ilə toqquşdu, 11 nəfər xəsarət aldı
WhatsApp kanalımıza abunə olun

Rusiyanın Voronej şəhərində avtobus yük maşını ilə toqquşub.

Bu barədə TASS məlumat yayıb.

Hadisə nəticəsində azı 11 nəfər xəsarət alıb, onlardan 5-nin vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsindən verilən məlumata görə, qəza yerli vaxtla saat 19:15 radələrində şəhərin 9 Yanvar küçəsində baş verib.

Semilukski rayon sakini PAZ avtobusunda idarəetməni itirərək yolda dayanmış DAF markalı yük avtomobilinə çırpılıb.

Hadisənin baş vermə səbəbləri və şəraiti müəyyənləşdirilir. (apa)

Oxunub : 1190
ŞƏRH YAZ
Ad

E-mail

Şərh