Qaradağda yarışa çıxan sürücülər dəhşətli qəza törətdi; biri öldü, biri qaçdı - RƏSMİ - REAL VİDEO - YENİLƏNİB

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis baş leytenantı Elvin Hacıyev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə fevralın 17-də saat 23:20 radələrində qeydə alınıb: “Qəza Bakı-Qazax yolunun Sahil qəsəbəsinin 34-cü kilometrliyində qeydə alınıb. Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Elşən Qurban oğlu Qubadov idarə etdiyi 99-PY-181 dövlət nömrə nişanlı “Khazar” markalı maşınla yolun sağ tərəfindən sürətli şəkildə ötmə və manevrlər edib. Nəticədə idarəetmədən çıxan maşın bir neçə dəfə fırlanaraq yolun kənarına aşıb. Sürücü - E.Qubadov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib”.
Elvin Hacıyev ötmə və manevr qaydalarının pozulmasıyla bağlı dəfələrlə sürücülərə müraciət edildiyini vurğulayıb: “Edilən xəbərdarlıqlara baxmayaraq bəzi hərəkət iştirakçıları qayda pozmağa davam edir, nəticədə ağır qəzalara səbəb olurlar”.
***
18:54
***
Bakı-Qazax yolunun Sahil qəsəbəsindən keçən hissəsində baş vermiş yol qəzası anbaan avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 17-də saat 23:20 radələrində qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, yüksək sürətlə yarışa çıxan sürücülər yol boyu bir-birini ötməyə çalışıblar. Bu zaman sürücülərdən biri idarəetməni anidən itirib. Belə ki, yoldan çıxan maşın bir neçə dəfə fırlanaraq aşıb. Qəza zamanı avtomobilin yararsız vəziyyətə düşdüyü və sürücünün öldüyü bildirilir. İddialara əsasən, digər sürücü hadisə yerindən yayınıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin
Sərxoş sürücü qəza törətdi - FOTOLAR
Oğuzda yük və minik avtomobilləri toqquşdu - YENİLƏNİB
Məşhur müğənninin həyatına son qoyan təyyarə qəzasının VİDEOsu
İzmir-İstanbul avtomagistralında zəncirvari qəza: ölən var
“BakuBus”a məxsus sərnişin avtobusu qəzaya düşüb - VİDEO
Zaqatalada "Chevrolet" aşıb, ölən və yaralanan var
Otuz nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada azı dörd nəfər ölüb
Dumanlı hava ahıl sürücünün həyatına son qoydu - VİDEO
Tərtərdə ağır qəza oldu - Ölən var - VİDEO
Həkimin idarə etdiyi maşın kanala düşdü - ÖLƏN VAR
Bakıda "BYD" yana-yana hərəkət etdi; xəsarət alan var - VİDEO











