Teymur Hacıyev işdən çıxarıldı - Qərara ETİRAZ ETDİ

DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev işdən çıxarılıb. O, işdən azad edilməsinin qərəzli və birtərəfli məlumatlar əsasında həyata keçirildiyini iddia edib.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, Teymur Hacıyev barəsində aparılan xidməti araşdırmalarda irəli sürülən ittihamların təsdiqini tapmadığını bildirib. Buna baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi qərarının formalaşdırıldığını qeyd edib.
O, Əmək Məcəlləsinin 187-ci maddəsinə istinad edərək intizam tənbehinin tətbiqi üçün qanunla müəyyən edilmiş bir və altı aylıq müddətlərin ötürüldüyünü vurğulayıb. Hacıyev həmçinin noyabrın 4-5-də ona öz ərizəsi ilə işdən ayrılması üçün təzyiq göstərildiyini, əks halda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəyi ilə hədələndiyini iddia edib. Online shopping Azərbaycan
Altı ildən artıq DOST Agentliyində çalışdığını bildirən Hacıyev peşəkar fəaliyyətinin və xidməti nəticələrinin nəzərə alınmadığını düşünür.
O, ailəsinin sosial vəziyyətinə də toxunub. İki övlad atası olduğunu, uşaqlarından birinin autizm spektr pozuntusu və əlillik səbəbindən xüsusi qayğıya və davamlı reabilitasiyaya ehtiyacı olduğunu bildirib.
Teymur Hacıyev barəsində aparılmış araşdırmanın nəticələrinin, təqdim etdiyi sübutların və əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsaslarının yenidən, hərtərəfli və qərəzsiz araşdırılmasını xahiş edib.
Qeyd edək ki, Hacıyev öz ərizəsi ilə işdən ayrılmaq niyyətində olmadığını bildirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












