Banner

Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ

Qəzalar 13 Noyabr 2026 20:12
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
WhatsApp kanalımıza abunə olun

Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, qəza köhnə Bakı-Astara magistralının Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hərəkətdə olan motosikletlə "Atego" markalı yük avtomobili toqquşub.

Toqquşma nəticəsində motosikletin sürücüsü - 2000-ci il təvəllüdlü, Biləsuvar rayon sakini Elşən Şahmarlı aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Oxunub : 84
ŞƏRH YAZ
Ad

E-mail

Şərh