Banner

Mingəçevirdə avtomobilin vurduğu şəxs məktəbli olub - YENİLƏNİB

Hadisə 14 Noyabr 2026 09:45
Mingəçevirdə avtomobilin vurduğu şəxs məktəbli olub - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Mingəçevirdə avtomobilin vurduğu yeniyetmənin məktəbli olduğu müəyyənləşib.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.

Qeyd olunub ki, 2014-cü il təvəllüdlü Z.Musayevanı "Ford" markalı avtomobil vurub.

Hadisə şəhərin Müslüm Maqomayev küçəsində baş verib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmənin vəziyyəti kafi olaraq qiymətləndirilir.

***

Mingəçevirdə avtomobil piyadanı vurub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçmək istəyən 2014-cü il təvəllüdlü Z.M. vurub. Yeniyetmə müxtəlif bədən xəsarətləri alıb. O xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh