Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB

Tovuzda 24 yaşlı qadın kafenin qarşısında bıçaqlanıb, hadisənin bəzi təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Səbinə Rəşad qızı Məmmədli Qovlar şəhərində fəaliyyət göstərən kafelərdən birinin qarşısında mübahisə zəminində bıçaqlanıb.
Qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata alınıb. Hamilə olduğu da bildirilən qadının vəziyyəti ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin qadının qardaşı, 2007-ci il təvəllüdlü Ərşad Rəşad oğlu Məmmədli olduğu bildirilir.
İlkin məlumata görə, o, şəxsi münasibətlər zəminində bacısının bel nahiyəsinə bıçaqla bir zərbə endirib.
Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, hər iki şəxs Tovuz rayonunun Düz Cırdaxan kəndində qeydiyyatdadır.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Tovuzda hamilə qadın qətlə yetirilib.
Avtosfer.az Qafqazinfo-a istinadən xəbər verir ki, hadisə rayondakı “ASAN Xidmət” Mərkəzinin qarşısında qeydə alınıb.
İlkin məlumata görə, bıçaqlanan qadın hamilə olub. O, xəstəxanaya aparılsa da, vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qətllə bağlı əlavə məlumat veriləcək.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












