Bakı-Quba yolunda yanacaq daşıyan maşın aşdı - VİDEO - YENİLƏNİB

Qəzalar 3 Aprel 2025 12:41 Oxunub 272
Bakı-Quba yolunda yanacaq daşıyan maşın aşdı - VİDEO   - YENİLƏNİB
WhatsApp kanalımıza ab|

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Avtosfer.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı qoşqusunda 39 ton yanacağı olan “DAF” markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək aşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və yanacağın ətrafa dağılması ilə yanğın-partlayış təhlükəsinin yarandığı müəyyən olunub.

Hazırda yanğınsöndürənlər tərəfindən mümkün yanğın-partlayış təhlükəsinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

***11:30

Bakı-Quba yolunda yanacaq daşıyan maşın aşıb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qəzaya avtomobilin təkərinin partlaması səbəbi olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh