Bakıda 3 piyadanın xəsarət alması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib

Bakıda piyada vurulması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.
Hadisələrdən biri Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. “VAZ 2106” markalı avtomobil yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Mahmudov Nazim Əlimövsüm oğlunu vurub. Hadisəni törədən sürücü olay yerindən yayınıb.
İlkin məlumata görə, N.Mahmudov hadisə zamanı sərxoş vəziyyətdə olub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona çanaq sümüyünün əzilmiş yarası diaqnozu qoyulub.
Digər hadisə Xəzər rayonunda 2 nəfərin xəsarət alması ilə nəticəlib.
Qəza Binə qəsəbəsi, Donuzçuluq sovxozu yaşayış massivində qeydə alınıb. Minik avtomobili 2007-ci il təvəllüdlü Davudova Sevil Həsənağa qızı bə 1974-cü il təvəllüdlü İbrahimova Nəzakət Nazim qızını minik avtomobili vurub.
Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












