Bakıda dəhşətli qəza: Preslənmiş maşından sürücünün cəsədi güclə çıxarıldı - VİDEO - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 27 may, saat 2:45-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində aparılan ilkin tibbi baxış zamanı 26 yaşlı (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
28 yaşlı (kişi cinsli) şəxsə təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib. Pasiyent açıq kəllə-beyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Hadisə nəticəsində xəsarət alan 42 yaşlı (qadın cinsli) şəxsə də qapalı kəllə-beyin travması diaqnozu ilə yerində ilkin tibbi yardım göstərilib və hospitalizasiyadan könüllü şəkildə imtinası qeydə alınıb", - deyə məlumatda bildirilir.
*** 14:30
Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza mayın 27-də saat 02:50 radələrində qeydə alınıb. Belə ki, İmişli rayon sakini 1991-ci il təvəllüdlü Elvin Razi oğlu Babaşzadənin idarə etdiyi 99-GC-972 dövlət nömrə nişanlı “Daewoo Gentra” markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən maşın əzilərək tamamilə sıradan çıxıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin - İmişli rayon sakini 1997-ci il təvəllüdlü Nurlan Səfa oğlu Mövsümlü maşında sıxışmış vəziyyətdə qalıb. Onlar yaxınlıqda olan vətəndaşların köməyi ilə çətinliklə çıxarılıb. Sürücü hadisə yerində keçinib, ağır bədən xəsarətləri alan sərnişin isə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.
Nərmin
İşıq dirəyi gənc oğlanın başını bədənindən qopardı – AĞIR QƏZA – VİDEO
Sabirabadda yüksək sürət qəza ilə nəticələndi – “Opel” otluğa uçdu - VİDEO
Ələt-Astara yolunda ağır qəza - Ölən var
Tanınmış iş adamı qəzada HƏYATINI İTİRDİ - FOTO
Nizamidə zəncirvari qəza: Nişanı gözardı edən sürücü 3 maşına ziyan vurdu - REAL VİDEO
Cərimə meydançasına aparılan avtomobili yandırdı: Həbs olundu - VİDEO
Bakıda ara məsafəsini gözləməyən sürücü öndəki avtomobili vurdu - VİDEO
Əyləclə qazı səhv salan xanım sürücü maşını aşırdı - VİDEO
Qəzaya səbəb olub bir neçə avtomobilə ziyan vuran sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Bu ölkədə hər 3 dəqiqədə 1 nəfər yol qəzalarında həyatlarını itirir - FOTO - VİDEO
Skuter və motosiklet toqquşdu; hər iki sürücü ağır yaralandı - VİDEO










