Banner

Bakıda turistləri daşıyan avtobus qəzaya düşdü: Yaralanan var

Qəzalar 16 Noyabr 2026 19:49
Bakıda turistləri daşıyan avtobus qəzaya düşdü: Yaralanan var
WhatsApp kanalımıza abunə olun

Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində baş verib.

Əcnəbi turistləri daşıyan mikroavtobusda qəfil nasazlıq yaranıb və avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Hadisə nəticəsində mikroavtobusun sürücüsü, 1977-ci il təvəllüdlü Şaiq Məmməd oğlu Qədirov ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 130
ŞƏRH YAZ
Ad

E-mail

Şərh