Banner

Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO

Xəbərlər 17 Noyabr 2026 13:55
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakının Yasamal rayonu ərazisində sürücülərin narazılığına səbəb olan yol xətlənməsində dəyişiklik edilib.

Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd olunub ki, sürücülərin daha çox cərimələndiyi Cəfər Cabbarlı küçəsindəki yol xətlənməsi yenilənib.

Belə ki, Bakıxanov küçəsindən köməkçi yolla körpünün altından metronun "Nizami" stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulan yolda əvvəllər 1.11 nişanlanma xətti olub. Sürücülərin cərimələnməsinə səbəb olan həmin xətt silinərək əvəzinə 1.7 nişanlanma xətti çəkilib.

Beləliklə, dəyişiklikdən sonra həmin kəsişməyə daxil olan sürücülərin əvvəlki xətlənmənin tələblərini pozduqlarına görə cərimələnməsi məsələsi aradan qalxıb.

Baku.tvhttps://baku.tv/embed/284449

 

 

Oxunub : 198
ŞƏRH YAZ
Ad

E-mail

Şərh