Banner

Motosikletçi ona təhlükə yaradan sürücüyə görün zarafatla nə dedi - VİDEO

Qaydalar 17 Noyabr 2026 15:45
Motosikletçi ona təhlükə yaradan sürücüyə görün zarafatla nə dedi   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində qayda pozan sürücülər kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb.

Belə ki, yeraltı parkinqə daxil olmaq istəyən “Porsche” markalı avtomobilin sürücüsü bir neçə saniyə dayandıqdan sonra qoşa xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxıb.

Bu zaman 10-BM-089 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü qəfil sağa manevr edərək yaxınlaşmaqda olan motosikletçinin qarşısını kəsib. Nəticədə motosikletçi qəza şəraiti ilə üzləşib. Xoşbəxtlikdən, onun vaxtında reaksiya verməsi toqquşmanın qarşısını alıb.

Hadisədən sonra motosikletçi “Hyundai”ın sürücüsünə yaxınlaşaraq avtomobilin güzgüsünü göstərib və zarafatla “Lazım deyilsə, götürüm bunu?” deyərək iradını bildirib.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228935.html

 

 

Oxunub : 178
ŞƏRH YAZ
Ad

E-mail

Şərh