Mərhum bəstəkarın xanımı Prezidentə təşəkkür etdi

Almaniyada yaşayan tanınmış azərbaycanlı bəstəkar, pianoçu və orqan ifaçısı, Əməkdar artist Arif Mirzəyev ömrünün 83-cü ilində vəfat edib. Bəstəkarın vətənə gətirilməsi və dəfn mərasiminin təşkili istiqamətində göstərilən dəstəyə görə həyat yoldaşı Tamara Mirzəyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Avtosfer.az xəbər verir ki, Tamara Mirzəyeva bəstəkarın son mənzilə yola salınması üçün göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, bu çətin günlərdə ailəsinə dövlət dəstəyinə görə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, mərhum Arif Mirzəyevin nəşinin Almaniyadan Azərbaycana gətirilməsi və dəfn mərasiminin təşkili ilə bağlı zəruri işlər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı tərəfindən həyata keçirilib.
Azərbaycan musiqi mədəniyyətinin tanınmış nümayəndələrindən olan Arif Mirzəyev yaradıcılığı, milli musiqi irsinin təbliği və Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması istiqamətindəki fəaliyyəti ilə yadda qalıb.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












