Banner

“Faiqoğlu” AEAF ilə 150 elektrik avtobusun alınması ilə bağlı protokol imzaladı - FOTO

Xəbərlər 17 Noyabr 2026 15:49
“Faiqoğlu” AEAF ilə 150 elektrik avtobusun alınması ilə bağlı protokol imzaladı  - FOTO
WhatsApp kanalımıza abunə olun

Noyabrın 17-də “Hilton Baku”da “Faiqoğlu” şirkəti ilə “SARDA Group”un portfelinə daxil olan Azərbaycan Enerji Avtomobil Zavodu (Azerbaijan Energy Automotive Factory – AEAF) arasında niyyət protokolunun imzalanma mərasimi keçirilib.

Avtosfer.az xəbər verir ki, sənəd “Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov və AEAF-in direktoru Tariyel Rüstəmov tərəfindən imzalanıb.

Tədbirdə hər iki şirkətin müvafiq struktur bölmələrinin nümayəndələri, aidiyyəti qurumların təmsilçiləri və digər dəvətli qonaqlar iştirak ediblər.

Niyyət protokoluna əsasən, Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən AEAF-də yerli yığımı həyata keçirilən 150 yeni, tam elektrik mühərrikli BYD avtobusunun satınalınması nəzərdə tutulur.

Xüsusilə vurğulamaq lazımdır ki, “Faiqoğlu” şirkəti AEAF ilə əməkdaşlıq edən ilk özəl nəqliyyat şirkətidir. Bu tərəfdaşlıq yerli istehsal imkanlarının genişləndirilməsi ilə yanaşı, özəl sektorun ölkədə elektrik nəqliyyatının inkişafına cəlb olunması baxımından da mühüm əhəmiyyət daşıyır.

Razılaşma tərəflər arasında əməkdaşlığın inkişafı və ölkədə elektrik nəqliyyatının genişləndirilməsi istiqamətində mühüm addım olmaqla yanaşı, iqtisadi və ekoloji inkişaf üçün yeni əməkdaşlıq perspektivləri açır.

Azərbaycanın yaşıl iqtisadiyyata keçid və dayanıqlı nəqliyyat sisteminin inkişafı üzrə dövlət strategiyasını dəstəkləyən bu əməkdaşlıq ölkəmizdə ekoloji təmiz ictimai nəqliyyatın inkişafına, nəqliyyat sektorunun elektrikləşdirilməsinə və karbon emissiyalarının azaldılmasına töhfə verəcək. Eyni zamanda, AEAF-də yerli istehsalın genişləndirilməsi sənaye potensialının artırılmasına, yeni iş yerlərinin yaradılmasına və ölkədə dayanıqlı nəqliyyat infrastrukturunun formalaşdırılmasına xidmət edəcək.

 

FOTO QALEREYA
Oxunub : 80
ŞƏRH YAZ
Ad

E-mail

Şərh