Bakıda iki avtobus toqquşub - VİDEO

Bakıda iki sərnişin avtobusu toqquşub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Mehmandarov küçəsində - "Afrodita" şadlıq evinin yaxınlığında qeydə alınıb. Belə ki, 81 saylı marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu 36 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna arxadan çarpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, bu gün axşam saatlarında Xətai rayonu, S.Mehmandarov küçəsində iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib: “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 81 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu “Vətən Az” MMC-nin müvəqqəti istismarında olan 36 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu ilə toqquşub. Hadisə ilə bağlı izahatın alınması üçün hər iki daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb. Hər iki daşıyıcıya qeyd edilən marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyətinin qənaətbəxş olmaması ilə bağlı dəfələrlər yazılı və şifahi xəbərdarlıq edilib. Buna baxmayaraq, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində hər hansı bir təsirli tədbir görülməyib. Məlum yol nəqliyyat hadisəsinin baş verməsi də bu daşıyıcıların işinə məsuliyyətsiz yanaşmasının təzahürüdür. Qeyd edək ki, sərnişindaşıma fəaliyyətini qanunvericiliyin tələbinə uyğun qurmayan, işində ciddi pozuntulara yol verən daşıyıcılarla xəttin müvəqqəti istismarına dair imzalanan müqaviləyə xitam veriləcək".
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












