Bakıda sürücü idarəetmədən çıxaraq maşını aşırdı: Ölənlər var - YENİLƏNİB

Bakıda baş verən qəzada ölən şəxslərdən daha birinin kimliyi bilinib.
DİN mətbuat xidmətindən bildirilib ki, ölən sərnişin İsgəndərov Məmməd Pavlik oğludur.
Qəzaya səbəb sürücü E. Əhmədovun sükana nəzarəti itirməsi olub.
Nəticədə maşın elektrik dirəyinə çırpılıb.
Hadisə saat 18:00-da baş verib.
***
Bakının Suraxanı rayonunda yol qəzası baş verib.
Hadisə Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Əhmədov Eldəniz Umud oğlu idarə etdiyi “VAZ” markalı avtomobildə sükana nəzarəti itirib.
Nəticədə maşın aşıb.
Qəza zamanı E.Əhmədov və hələlik şəxsiyyəti bilinməyən sərnişin hadisə yerində ölüb.
Digər sərnişin 1967-ci il təvəllüdlü Qurbanov Oqtay Süleyman oğlu ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. (apa)
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var











