Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən açıqlamaya görə, Şərur rayon sakini 39 yaşlı Heydərov Nizami Qadir oğlu yanacaq daşıdığı “Mercedes” markalı qoşqulu yük avtomobili ilə Qazax rayonu istiqamətində olarkən, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan Lənkəran rayon sakini 43 yaşlı Fərzullayev Ceyhun Cəsarət oğlunun idarəetdiyi “KamAZ” markalı yük maşını ilə toqquşub.
Toqquşmadan sonra “Mercedes” markalı yük avtomobili idarəetmədən çıxaraq yolun solundaki dəmir çəpərə çırpılıb və güclü partlayış nəticəsində alışıb.
Bu zaman eyni istiqamətdə hərəkətdə olan Füzuli şəhər sakini 59 yaşlı Əliyev Əvsələtdin Tofiq oğlunun idarə etdiyi “Opel” markalı avtomobil, “Mercedes” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü Heydərov Nizami Qadir oğlu hadisə yerində yanaraq ölüb, “Opel” markalı avtomobilin sürücüsü Əliyev Əvsələtdin Tofiq oğlu isə xəsarət alıb.
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO












