Balakəndə qəzada bir ailənin dörd üzvü xəsarət alıb

Baləkəndə yol-nəqliyyat hadisəsi zamanı yaralananlar bir ailənin üzvüləridi.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yaralanan dörd nəfərdən biri Bakıya göndərilib.
Qəza zamanı yaralanan ana - 1994-cü il təvəllüdlü Səhnə Nizami qızı Əlimərdanovaya kəllə-beyn silkələnməsi dioqnozu qoyulub.
Azyaşlılardan 2017-ci il təvəllüdlü Ramil Ramazan oğlu Əlimərdanova sağ yuxarı ətrafın əzilmiş-cırılmış böyük həcmli yarası, nənə 1967-cı il təvəllüdlü Çəməngül Əhməd qızı Abdullayevaya isə sağ yuxarı ətrafın böyük həcimli əzilmiş-cırılmış, didilmiş yarası və baş-beyin silkələnməsi dioqnozu qoyulub.
Azyaşlı Ramil Əlimərdanovun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Digərlərinin müayinə və müalicəsi xəstəxanada davam etdirilir.
Azyaşlılardan 2014-cü il təvəllüdlü Soltan Ramazan oğlu Əlimərdanovun vəziyyəti stabil qiymətləndirilir, palatada nəzarətdə saxlanılıb.
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB












