Dəhşətli qəzaya düşdüyü deyilən Vüqar adaşı üçün yardım istədi - VİDEO

Son günlər haqqımda xoşagəlməz söz-söhbətlər gəzir ki, Vüqar xəsarət alması ilə bağlı qara piarla özünü reklam edir. Bu həqiqəti əks etdirmir. Yalandır. Heç zaman ucuz reklamlara ehtiyacım olmayıb.
Bu sözləri ötən həftə haqqında dəhşətli qəza xəbəri yayılan, üzü isə tanınmaz vəziyyətə düşən Vüqar Muradov deyib.
O, qəzaya düşən adaşı Muradov Vüqar Fərhad oğluna evində baş çəkərək, Azərbaycan xalqından onun üçün kömək istəyib.
“Vüqarın mənə çox oxşarlığı var. O, gördüyünüz kimi çox pis vəziyyətdədir. Qəzaya düşəndə insanın üzü qan içində, çox şiş olur. Mənim də üzüm yumuru olduğu üçün bir-birimizə çox bənzəmişik. Hazırda mən yardıma ehtiyacı olan dostumuz, adaşımın yaşadığı Maştağa kəndindəyəm. Gəlmişəm ona dəstək olmağa. Əziz xalqım, sizdən Vüqar qardaşımıza köməklik istəyirəm. Narahatlığa görə sizin önünüzdə baş əyirəm. Məndən çox narahat olmusuz. Bu qədər məni axtarıb, zəng vurmusuz. Bu qədər dəstəyə hazır olmusuz. Həmin o dəstəyi adaşım üçün sizdən rica edirəm”, - deyə müğənni “İnstagram” profilindəki paylaşımında bildirib.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












