Yola diqqətsiz girən “BYD” sürücüsünün manevri baha başa gəldi - ANBAAN VİDEO

Paytaxtın Yasamal rayonu, Nazim Hikmət küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 3-də saat 09:01 radələrində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, həyət ərazisindən çıxan “BYD” markalı avtomobilin sürücüsü hərəkətdə olan nəqliyyat vasitələrinə məhəl qoymadan yola daxil olub. Bu zaman o, əsas yoldan gələn - görüntünü qeydə alan avtomobili vurub
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Xatırladaq ki, qanunvericiliyə əsasən, həyət ərazisindən (yaşayış binalarının həyəti, məhəllədaxili yollar, dayanacaq yerləri, yanacaqdoldurma məntəqələri və sair) və digər bitişik ərazilərdən yola çıxan sürücü əsas yolda hərəkətdə olan bütün nəqliyyat vasitələrinə yol verməlidir.
Yolun təhlükəsiz olduğuna əmin olduqdan sonra, digər hərəkət iştirakçılarına maneə yaratmadan hərəkət etməlidir.
Təbii ki, bu qaydanın pozulması inzibati məsuliyyətə və yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Nərmin
Qarlı yolda sürüşən “Mitsubishi” dirəyə çırpıldı - VİDEO
Qaradağda "TIR" qəza törətdi - VİDEO
“20 Yanvar”da zəncirvari qəza - Üç avtobus toqquşdu - VİDEO
Şərurda minik avtomobili yük maşını ilə toqquşdu - FOTOLAR
Bakıda zəncirvari qəza: Dörd avtomobil toqquşdu - FOTOLAR
Gürcüstanda azərbaycanlı gənc yol qəzasında öldü - VİDEO
Qırmızıda keçən "BYD" sürücüsü svetoforu aşırdı - REAL VİDEO
Qadın sürücü “Prius”la çörək sexinə girdi – 3 ölü, 6 yaralı - VİDEO
Sabirabadda yük maşını və “VAZ” dərəyə düşdü - VİDEO
Salyan-Qarabağlı yolunda ağır qəza: "Nissan" mikroavtobusa çırpıldı - VİDEO - YENİLƏNİB
Ağsu aşırımında 2 avtomobil aşdı – FOTO











