Göyçayda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var - FOTO

Qəzalar 23 Avqust 2026 09:18
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var   - FOTO
WhatsApp kanalımıza abunə olun

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Report-a istinadla xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş veriib.

İlkin məlumata görə, "Kia" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıb. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Oxunub : 100
ŞƏRH YAZ
Ad

E-mail

Şərh