Qadın sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 100 min manatdan çox borc

Külli miqdarda vergi borcu olan qadın sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, 69 yaşlı R.İsrafilovanın adına olan MMC-nin dövlət büdcəsinə, işsizlikdən sığorta, icbari tibbi sığorta və Dövlət Sosial Müdafiə fondlarına ümumilikdə 106 min 125 manat vergi borcu yaranıb.
Borc illərdir ödənilmədiyi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulması üçün iddia qaldırıb. İddiada bildirilir ki, dəfələrlə R.İsrafilovaya borcun ödənilməsi ilə bağlı bildiriş göndərilib, lakin ödənişlər yerinə yetirilməyib.
Məhkəmənin qərarı ilə MMC-nin rəhbəri, 69 yaşlı R.İsrafilovanın ölkədən çıxışı vergi öhdəlikləri tam yerinə yetirilənədək qadağan olunub.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












