Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var - YENİLƏNİB

Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan dörd nəfər (bir kişi, üç qadın) avqustun 25-də saat 20:50-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib./oxu.az
***10:41
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ ilə "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 60 yaşlı R.Məmmədovun öldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.
Xəsarət alanlar 1965-ci il təvəllüdlü Q.Həsənov, 1968-ci il təvəllüdlü G.Həsənova, 1970-ci il təvəllüdlü İ.Əliyeva və 1973-cü il təvəllüdlü Y.Məmmədovadır.
Xəsarət alanlardan Q.Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı – FOTO
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR
Bakının mərkəzində AĞIR QƏZA: 32 yaşlı kişi ÖLDÜ
Yevlaxda maşın motosikletlə toqquşdu - Sürücü ÖLDÜ
Sabirabadda AĞIR QƏZA: ÖLƏN var - FOTO - YENİLƏNİB
“Nohur Göl”ün qarşısında qəza: “Ford” və “Mercedes” toqquşdu - VİDEO
Binədə qəza: İki “Toyota” toqquşdu - VİDEO










