Türkiyədə iki avtomobil toqquşdu: Altı yaralı

Türkiyənin Karaman şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az HaberGlobal-a istinadla xəbər verir ki, qəza nəticəsində ikisi uşaq olmaqla 6 nəfər yaralanıb.
Qəza Karaman-Ereğli yolunun 13-cü kilometrliyində baş verib. Nəzarətsiz yolayrıcında dönüşü edən avtomobilə arxadan gələn digər minik avtomobili çırpılıb.
Toqquşmanın təsirindən avtomobillərdən biri ciddi zədələnib, digəri isə yol nişanlarını aşıraraq yolun ayırıcı hissəsinə düşüb.
Qəza nəticəsində sürücülərdən birinin ayağı diz nahiyəsindən amputasiya olunub. Digər avtomobilin sürücüsü və avtomobildə olan dörd nəfər də xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Ayağından ağır xəsarət alan sürücünün vəziyyətinin kritik olduğu bildirilir.
Qəza ilə bağlı araşdırma aparılır.
Nigar
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO












