Bu prospektdə radarın yeri dəyişdirilib: Qayda pozanları arxadan çəkir - VİDEO

Bakıda daha bir prospektdə sürət həddinə əməl etməyən sürücülər radar vasitəsilə aşkarlanaraq məsuliyyətə cəlb olunurlar.
Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Heydər Əliyev prospektindən gedir.
Belə ki, əvvəllər Yeni Klinikanın yaxınlığında yerləşən sürət tablosuna quraşdırılmış radarlar hərəkətdə olan avtomobilləri ön tərəfdən qeydə alırdı. Hazırda isə həmin radarların yeri dəyişdirilərək sürət tablosunun arxa hissəsinə keçirilib.
Radarların yerinin dəyişdirilməsindən xəbərsiz olan bəzi sürücülər sürət həddini aşdıqları üçün inzibati məsuliyyətə cəlb olunurlar.
Sürücülərə tövsiyə edirik ki, hərəkət zamanı müəyyən edilmiş sürət həddinə ciddi əməl etsinlər. Qaydalara riayət edən sürücü üçün radarın harada yerləşməsinin heç bir əhəmiyyəti olmayacaq.
Fərid
Təhlükəli manevr edən sürücü qəza törətməkdən son anda yayındı - VİDEO
Xəzərdə motoxuliqanlara qarşı reyd; 31 sürücü SAXLANILDI - VİDEO
Sürücü qucağında azyaşlı ilə maşın sürdü - 99-HO-163 - VİDEO
Bakıda qaydaları kobudcasına pozan velokuryer qəzaya düşdü - ANBAAN VİDEO
Rusiyadan gələn sürücü Bakıda təhlükəli hərəkətlər etdi - VİDEO
Yasamalda səki zəbt edildi: Piyadalar üçün keçəcək yer qalmadı - FOTO
Masazırda sürücü ard-arda kobud qayda pozdu - 99-FV-979 - VİDEO
Sağdan gələn maşına yol verməyən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Cərimədən yayınmaq üçün avtobusun arxasında gizlənən sürücü CƏZALANDIRILDI - VİDEO
Bakıda avtobus piyadanı vuracaqdı: Açıq qapılar, təhlükəli manevr... - VİDEO
Bayraq Meydanının yanında sürücülərin görə bilmədiyi radar - VİDEO










